AUT.AZ

İlk dəfə ÇL-in qrup mərhələsində

Azərbaycanın FİFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

Aut.az xəbər verir ki, 35 yaşlı hakim Danimarkada “Kopenhagen” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında keçiriləcək qrup mərhələsinin 6-cı tur oyununu idarə edəcək.

Noyabrın 2-də “Parken” stadionunda oynanılacaq qarşılaşma saat 00:00-da başlayacaq.

Exit mobile version