AUT.AZ

Gecə saat 3-də Ronaldoya zəng etməsi hər şeyi dəyişib

2021-ci ilin yayında Kriştiano Ronaldo “Mançester Siti”yə keçməyə çox yaxın olub. Amma MY-in sabiq futbolçusu Rio Ferdinandın ona zəng etməsi hər şeyi dəyişib.

Aut.az xəbər verir ki, Ferdinand sabiq komanda yoldaşına gecə saat 3-də zəng edib və onu inandırıb ki, “Siti”yə keçməsinə gərək yoxdur. Bu söhbətdən sonra Ronaldo “Siti” variantından imtina edib və “Mançester Yunayted”ə dönüb.

“The Sun”un yaydığı məlumata görə, bütün bu məlumatlar  37 yaşlı futbolçu haqqında tezliklə işıq üzü görəcək bioqrafik kitabda yer alıb.

Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”də çıxış edib. Daha sonra “Real” “Juventus”da oynayıb, 2021-ci ilin yayında Mançesterə qayıdıb. Bu mövsüm o, 14 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version