AUT.AZ

Cibində həmişə kağız gəzdirir

Noyabrın ortalarında Lionel Messi və Kriştiano Ronaldo barədə yeni kitab işıq üzü görəcək.

Aut.Az xəbər verir ki, kitab “Messi Ronalduya qarşı: bir rəqabət, iki keçi” (“Messi vs Ronaldo: One Rivalry, Two GOATs”) adlanır.

Mənbə kitabda yer alan maraqlı hekayələrdən birini dərc edib.

Sən demə, bütün zamanların ən böyük oyunçularından biri olan portuqaliyalı hücumçu öz nailiyyətləri ilə öyünməyi o qədər sevir ki, cibində karyerasına aid statistika yazılmış kağız gəzdirir. Bu barədə kitab müəllifinə Lissabon “Sportinq”inin fitnes üzrə məşqçisi Karlos Bruno məlumat verib: Ronaldo və ya Messi mübahisəsinin qızğın vaxtları idi. Həmin vaxt “Real”da çıxış edən Ronaldo bir dəfə hər kəsi təəccübləndirdi. O, cibindən karyerası ilə bağlı nailiyyətləri yazılmış bir kağız parçası çıxardı. Orada klublarla qazandığı bütün qənimətlər, həm də fərdi kubokları, göstəriciləri yazılmışdı. Kağızı göstərdikdən sonra qısaca belə dedi: “Pis deyil, elə deyilmi?!”

Exit mobile version