AUT.AZ

Bu keçidə inam artır, Messinin atası ilə danışırlar

PSJ-in hücumçusu Lionel Messi 2023-cü ilin yayında Fransa klubu ilə müqaviləsi başa çatdıqdan sonra “İnter Mayami”yə keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. Mənbənin sözlərinə görə, bu, argentinalı üçün ən çox gözlənilən karyera inkişafı variantıdır.

Bildirilir ki, Messi və klub nümayəndələri artıq bir neçə ildir ki, bu keçidi müzakirə edirlər. Hər dəfə də transferin reallaşacağına inam artır.

Hazırda isə danışıqların Messinin atası ilə aparıldığı bildirilir. Onunla danışıqları “İnter Mayami”nin sahibi  Devid Bekhem aparır.

Aut.az

Exit mobile version