AUT.AZ

Bu dəfə fransızlara “ilişdi” – “Fransanın Allahı yoxdur”

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç Fransa futboluna təsiri ilə bağlı fikirlərini bölüşüb. 41 yaşlı isveçli 2012-2016-cı illərdə PSJ-də çıxış edib. Aut.az “Get French Football News”ə istinadən xəbər verir ki, İbrahimoviç dilini dinc saxlamayıb, fransızlara söz atıb:

“Mən Fransanı tərk edəndən sonra orada hər şey pisləşdi. Fransada danışılacaq başqa bir şey yoxdur. Onların mənə ehtiyacı var, mənim Fransaya ehtiyacım yoxdur. Mbappe, Neymar və Messi olsa belə, bu, onlara kömək etməyəcək, çünki Fransanın Allahı yoxdur”.

İsveçli hücumçu Paris klubunun heyətində 180 oyun keçirib və 156 qola imza atıb. İbrahimoviç PSJ tarixində üçüncü ən yaxşı bombardirdir. O, 4 dəfə Fransa çempionlu olub, 2 dəfə Fransa Kubokunu, 3 dəfə Fransa Liqa Kubokunu və 3 dəfə Fransa Superkuboku qazanıb.

 

Aut.az

Exit mobile version