AUT.AZ

Boş çek təklif edirlər ki, istədiyi məbləği yazsın

“Nyukasl” “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen üçün 50 milyon avro ödəməyə hazırdır. Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

“Sağsağanlar” alman qapıçıya boş çek təklif edirlər, yəni istədiyi məvacibi yaza bilər.

Mənbənin sözlərinə görə, “Barselona” əsas qapıçını buraxmağa hazır deyil, lakin maliyyə problemlərini düzəltmək üçün satışa razılaşa bilər.

Ter Stegen 2014-cü ildə “Barselona”ya keçib. Bu mövsüm 17 matçda 14 qol buraxıb və 10 oyunda qapısını toxunulmaz saxlayıb. Tərəflər arasında müqavilənin müddəti 2025-ci ilin yayında başa çatır.

Aut.az

Exit mobile version