AUT.AZ

Azərbaycanlının komandası haqda: “Özünü biabır edib”

“Ximki”nin futbolçusu Nemanya Qlavçiç komandasının Rusiya Premyer Liqasının 15-ci turunda “Dinamo”ya qarşı keçirilən oyunda məğlub olmasını şərh edib. Aut.az xəbər verir ki, oyun 1:6 hesabı ilə başa çatıb. Qlavçiç “Ximki”nin son nəticələrinin biabırçılıq olduğunu bildirib:

“Razıyam ki, “Ximki” özünü biabır edib, son nəticələrimiz çox pisdir. 1:6 hesabı sözlə ifadə edilməyəcək qədər ayıbdır. Biz çalışmalıyıq, bir matçda qalib gəlsək, “qara zolaq”dan çıxacağıq”.

“Ximki” 15 turdan sonra 9 xal toplayıb və turnir cədvəlində sonuncudan əvvəlki – 15-ci yeri tutur. Xatırladaq ki, “Ximki”nin əsas investoru azərbaycanlı iş adamı Tufan Sadıqovdur. Məşhur azərbaycanlı Nazim Süleymanov isə  “Ximki”nin U-19 komandasının baş məşqçisidir.

Aut.az

Exit mobile version