AUT.AZ

Artıq evdədir

“Monza”nın müdafiəçisi Pablo Mari xəstəxanadan evə buraxılıb. Mari oktyabrın 27-də Milan yaxınlığındakı ticarət mərkəzində bıçaqlanmışdı. Psixi problemləri olan bir nəfər futbolçunu kürəyindən bıçaqlamışdı.

Xəstəxanaya yerləşdirilən Pablo əməliyyat olunmuşdu. Aut.az xəbər verir ki, evə buraxılan Mari sosial şəbəkədə belə yazıb:

“Nəhayət evdəyəm! Milandakı Niquarda Travmatoloji  Mərkəzinin bütün həkimlərinə və mütəxəssislərinə şəxsən təşəkkür etmək istəyirəm”.

Qeyd edək ki, Pablo müqavilə ilə “Arsenal”a məxsusdur, “Monza”da icarə əsasında oynayır.

Aut.az

Exit mobile version