AUT.AZ

Bu ölkə adını dəyişmək istəyir

Futbol üzrə Uels milli komandası bu il Qətərdə keçiriləcək dünya çempionatından sonra adını dəyişə bilər.

Aut.az  xəbər verir ki, hazırda yığma FIFA və UEFA-nın bayrağı altında keçirilən turnirlərdə “Wales” adı altında çıxış edir.

Yerli futbol federasiyası komandanın adının “Cymru” (“Həmvətənlər”) olması ilə bağlı danışıqlar aparır.

Qeyd edək ki, “Cymru” sözü Uelsin öz dilində olan adıdır. Bu ifadə yerli federasiya tərəfindən daxili və xarici əlaqələrdə, eləcə də qurumda çalışan işçilər tərəfindən istifadə olunur.

Uels millisi mundialda İngiltərə, ABŞ və İranla birlikdə B qrupunda mübarizə aparacaq..

Exit mobile version