AUT.AZ

50 ildə belə sarı vərəqə görməyib

İtaliya çempionatının 12-ci turunda “Latsio” öz meydanında “Salernitana”ya məğlub olub – 1:3. Aut.az xəbər verir ki, “Latsio”nun baş məşqçisi Mauritsio Sarri komandasının məğlubiyyətini şərh edib. O, “Football Italia”ya verdiyi açıqlamada hakimlikdən narazı qaldığını bildirib:

“Rəqib hesabı bərabərləşdirənə qədər oyuna tam nəzarət edirdik.  Onların hesabı bərabərləşdirməyi bizi təəccübləndirdi. Yəqin ki, artıq qalib gəldiyimizi düşünürdük. Bu qol tarazlığımızı, oyun ritmimizi pozdu.

Amma onu da deyim ki, 1:1-dən sonra hakim də özünü itirdi, sakitliyini qoruya bilmədi. Milinkoviç-Saviçə göstərilən sarı? Orada qayda pozuntusu yox idi. Milinkoviç-Saviç artıq ötürmə etmişdi, rəqib futbolçu gecikdi və toqquşma qaçılmaz oldu.

50 ildə futbolda hücum edən və topa sahib olan komandaya belə sarı vərəqə göstərildiyini görməmişdim. Düşündüyümü desəm, altı ay diskvalifikasiya olunacağam”.

Aut.az 

Exit mobile version