AUT.AZ

Tunisin yerinə İtaliya?

İtaliya millisi Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında Tunis yığmasını əvəz edə bilər. Aut.az xəbər verir ki, bu məlumatı  “Le Parisien” nəşri yayıb.

İddia olunur ki, hökumətinin futbol federasiyasının işinə qarışması səbəbindən Tunis FİFA-dan xaric edilə bilər.

Tunisin Gənclər və idman naziri Kamel Deqiş Tunis Futbol Federasiyasının buraxıla biləcəyinə eyham vurub.

Tunis cəzalandırılsa, onun mundialdakı yerini reytinqi ən yüksək olan komanda tutacaq ki, bu da İtaliya millisidir.

DÇ-2022-də Tunis yığması Danimarka, Avstraliya və Fransa ilə eyni qrupda oynayacaq.

Aut.az

 

Exit mobile version