AUT.AZ

Stadionu böcəklər basdı

Mavritanıya Premyer Liqasının “Əl Cemarik” – “Moderne Kaedi” qarşılaşması maraqlı səbəbdən təxirə salınıb.

Aut.az xəbər verir ki, paytaxt Nuakşotdakı “Şeyha Vild Boidiya Stadionu”nda dünən baş tutan matç böcəklərin hücumuna görə yarımçıq saxlanılıb.

 

Görüşün 25-ci dəqiqəsində böyük böcək sürüsü stadiona daxil olub. Hesab 0:0 olarkən hakimin qərarı ilə matç təxirə salınıb. Qarşılaşma bu gün qaldığı yerdən davam etdirilib və meydan sahibləri 4:0 hesablı qələbə qazanıb.

Exit mobile version