AUT.AZ

Söz-söhbətə münasibət bildirdi

İtaliya mətbuatında məlumat yayılıb ki, Antonio Konte yenidən “Yuventus”da işləyəcək. İddia olunur ki, guya klub rəhbərliyi onunla danışıqlara başlayıb.

Aut.az xəbər verir ki, “Yuventus”un vitse-prezidenti Pavel Nedved bu söz-söhbətə münasibət bildirib:

“Bizim mövqeyimiz dəyişməyib. Massimiliano Alleqri rəhbərliyin və oyunçuların tam etibarından istifadə edir. “Yuve” səviyyəsində olan klub lazımi nəticə göstərməyəndə müxtəlif söz-söhbətlər yaranır ki, bu da normaldır. Amma biz öz mövqeyimizdə qalırıq, hər kəsə imkan veririk ki, öz işini görsün.

Məqsədimiz dəyişməz qalıb – Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq. A seriyasında liderlərdən çox geridəyik, amma İtaliya kuboku da var. Biz hər şeyə hazırıq və məqsədlərimizə çatmaq üçün çalışacağıq. Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra çətin gün yaşadıq. On zədəli futbolçumuz var, amma bu, bəhanə olmamalıdır”.

Qeyd edək ki, “Yuventus”un sabiq baş məşqçisi Antonio Konte hazırda “Tottenhem”i çalışdırır.

Aut.az

Exit mobile version