AUT.AZ

Qoldan sonra getdi, final fitindən sonra qayıtdı  

“Tottenhem”in baş məşqçisi Antonio Konte “Bornmut”la qarşılaşmada qəribə davranışı ilə diqqət çəkib.

 Aut.az xəbər verir ki, oyunun gedişində “Tottenhem” 0:2 hesabı ilə geridə olsa da, artıq 73-cü dəqiqədə hesabı bərabərləşdirə bilib.

Qarşılaşmaya əlavə edilmiş dəqiqələrdə isə Rodriqo Bentankur qələbə qolunu vurmağı bacarıb.   Komandasının vurduğu qolları, adətən çılğınlıqla qeyd edən Konte uruqvaylı futbolçunun qolundan sonra texniki zonanı tərk edib və paltardəyişmə otağına gedən tunelə girib.  İtalyan mütəxəssis hakimin final fitindən sonra meydana qayıdıb.

“Tottenhem” bu qələbədən sonra 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Aut.az

Exit mobile version