AUT.AZ

Qattuzodan Xaviyə kinayəli cavab  

“Valensiya”nın baş məşqçisi Cennaro Qattuzo “Barselona”lı həmkarı Xaviyə cavab verib.

Aut.az xəbər verir ki, Xavi “Valensiya” – “Barselona” (0:1) qarşılaşmasından sonra bildirmişdi ki, komandası rəqibdən daha yaxşı oyun göstərib.

Qattuzonun cavabı bir qədər kinayəli olub:

“Xaviyə hörmət edirəm, o, əla məşqçidir, futbol anlayışını bəyənirəm. Amma icazə verin onun “Barselona” “Valensiya”dan üstün idi” fikri ilə razılaşmayım.

Deyəsən, mən başqa oyuna baxmışam. İlk hissədə biz çox risk etdik. “Barselona”nın nə ilə yadda qaldığını isə xatırlamıram”.

Aut.az  

Exit mobile version