AUT.AZ

“Mançester Yunayted”ə qayıdışını fəlakət sayır

 Kriştiano Ronaldo “Mançester Yunayted”ə qayıtmasını fəlakət kimi qiymətləndirir.

Aut.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Ronaldoya yaxın şəxsin verdiyi məlumata görə, portuqal hücumçu “qırmızı şeytanlar”ın sabiq baş məşqçisi Ralf Ranqnikdən narazı olub.

Bundan əlavə, 37 yaşlı forvard 2009-cu ildə “Real”a gedəndən sonra ingilis klubunun inkişaf etməməsinə də əsəbiləşib.

Xatırladaq ki, Ronaldo 2021-ci ilin avqustunda 21 milyon avroya “Yuventus”dan “Mançester Yunayted”ə qayıdıb. Bu mövsüm o MY-in heyətində 13 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version