AUT.AZ

“Liverpul”a qiymət oxudular – 100 milyon

“Brayton”, yarımmüdafiəçisi Moyses Kaysedonu satmağa hazırdır. Aut.az xəbər verir ki, Moyseslə “Liverpul” ciddi maraqlanır.

“Mirror” nəşri iddia edir ki, “Brayton” rəhbərliyi ekvadorlu futbolçunun satışından 100 milyon avro gəlir əldə etməyi planlaşdırır.  20 yaşlı Kaysedo Ekvadorun “İndependyente” klubunun yetirməsidir. Moyses 2021-ci ilin fevralında “Brayton”a gəlib, lakin ötən mövsümün yarısını Belçikanın “Beerschot” klubunda icarə əsasında keçirib.

Bu mövsüm Kaysedo İngiltərə Premyer Liqasında 12 matçda 1 qol vurub. Tərəflər arasında müqavilə üç ildən sonra başa çatır. Ekvadorlu futbolçunun bazar dəyəri “Transfermarkt” tərəfindən 25 milyon avro qiymətləndirilib.

Aut.az

Exit mobile version