AUT.AZ

Hindistanda qocalığa qarşı terapiya keçir, agentə deyib ki…  

 “Çelsi”nin sabiq baş məşqçisi Tomas Tuxel Hindistana səfər edib. Aut.az xəbər verir ki, alman mütəxəssisin səfərinin məqsədi bəlli olub.

Tuxel oktyabrın 12-dən orada Ayurveda (Hindistanda tarixi kökləri olan alternativ tibb sistemidir, qocalma əleyhinə terapiya da deyilir) təlimi keçir. Bu barədə Tuxel özü məlumat verib:

“Mənə maraqlı idi. Köməkçilərimdən biri altı il əvvəl burada olub. O, mənə bu yer haqqında çox yaxşı şeylər söyləmişdi. Ayurvedanın prinsiplərindən xəbərdar idim.  Uzun müddət işlədikdən sonra fürsət yarandı və bura gəldim. Təcrübə fantastikdir. Mən özümü enerjili və sakit hiss edirəm. Bunu hər kəsə – bədənini və zehnini nizam-intizama salmaq istəyənlərə tövsiyə edərdim”.

Bundan əlavə, Tuxel  bildirib ki, Hindistanda olduğu müddətdə agentdən onu narahat etməməyi xahiş edib:

“Bəzi klublar agentimə zəng vurublar, amma razılaşdıq ki, o, 18 gün ərzində mənə zəng etməyəcək”.

Aut.az

Exit mobile version