AUT.AZ

Hər gün dərs alanlardandır

“Bavariya”nın və Seneqal yığmasının hücumçusu Sadio Mane Almaniya klubundakı çıxışından danışıb.

Aut.az xəbər verir ki, Mane çalışmaqdan və öyrənməkdən yorulmadığını bildirib. O, ən yaxşılardan biri olmağa can atdığını da vurğulayıb:

“Komandanın mənafeyi üçün çalışır, qol vurmağa, məhsuldar ötürmə verməyə cəhd edirəm. Amma daha yaxşı ola bilərəm. Bilirəm ki, potensialım bundan artığını verməyə də yetər.

Mən hər gün dərs alanlardan, öyrənənlərdənəm.  Düşünürəm ki, müdafiədə və hücumda öz oyunumu hələ çox inkişaf etdirə bilərəm.

Biz düzgün yoldayıq. Son həftələr çox yaxşı keçdi. İşimizi yüksək səviyyədə davam etdirməli və sabit qalmalıyıq”.

 Aut.az

Exit mobile version