AUT.AZ

Dünyanın ən məşhur cütlüklərindən biri boşandı – Fotolar

Tom Bredi və Jizel Byundhen dünyanın ən məşhur və gözəl cütlüklərindən biridir. Tom – Amerika futbolunun əfsanəsi və 7 Superboulun qalibi. Jizel  – 10 il ərzində ən yüksək maaş alan supermodel və “Victoria’s Secret”in sabiq mələyi.

Amma artıq onlar bir yerdə deyillər. Aut.az xəbər verir ki, cütlük boşanmaq barədə qərar qəbul edib. Bu haqda Tom Bredi sosial şəbəkədə yazıb:

“Boşanma prosesimizi bu yaxınlarda tamamladıq. Bu qərara birlikdə gəldik və birlikdə keçirdiyimiz vaxta görə bir-birimizə minnətdarıq.

Bizim dünyamızın mərkəzi olaraq qalacaq gözəl uşaqlarımız var. Biz valideyn olaraq qalırıq ki, onlar layiq olduqları sevgi və diqqəti görsünlər. Təbii ki, bu, ağrılı və çətindir. Ancaq biz bir-birimiz üçün yalnız ən yaxşısını istəyirik”.

Boşanmaya səbəb kimi isə Tomun karyerasını bitirdikdən 40 gün sonra fikrini dəyişməsi olub. O, daha bir il qalmağı planlaşdırıb. Bu qərar isə Jizeli narazı salıb. O, bildirib ki, Tomu ailəsindən çox karyerası düşündürür. Vurğulayıb ki, uşaqlara daha çox özü qayğı göstərir, Bredi isə idman maraqlandırır.

İndi qalır cütlüyün “maliyyə imperiyası”nı (26 milyon dollar daşınmaz əmlak daxil olmaqla) və iki uşağı bölüşdürməsi. Gözəl sevgi hekayəsi 16 ildən sonra bitdi.

Aut.az

Exit mobile version