AUT.AZ

Cənubi Amerikanın ən yaxşısı onlardı

Cənubi Amerikanın ən prestijli turniri sayılan Libertadores kubokunun qalibi bəlli olub.

Aut.az xəbər verir ki, Ekvadorda keçirilən final qarşılaşmasında 2 Braziliya klubu – “Flamenqo” və “Atletiko Paranaense” qarşılaşıb.

Oyun “Flamenqo”nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu ilk hissəyə əlavə edilmiş dəqiqələrdə Qabriel vurub. “Flamenqo” tarixində 3-cü dəfə kuboku qazanıb. Daha əvvəl 1981 və 2019-cu illərdə titula sahib çıxmışdılar.

“Atletiko Paranaense” isə ikinci dəfə Cənubi Amerikada əsas klub turnirinin finalında çıxış etdi: 2005-ci ildə komanda iki oyunun nəticəsinə görə “San Paulu”ya məğlub olmuşdu.

 Aut.az

Exit mobile version