AUT.AZ

Belə də olur – 90-cı dəqiqədən sonra 4 qol

İngiltərənin birinci divizionunda futbol tarixinə düşəcək statistik göstərici qeydə alınıb.

Aut.az xəbər verir ki, oktyabrın 29-da keçirilən “Çarlton” – “İpsiviç” qarşılaşması 4:4 hesabı ilə yekunlaşıb. Amma qolların tən yarısı – 4-ü qarşılaşmaya əlavə edilmiş dəqiqələrdə vurulub. Hesab 2:2 olarkən qonaqların futbolçusu Freddi Ladapo 90+1-ci dəqiqədə komandasını önə keçirib, üç dəqiqə sonra isə Sem Morsi hesabı 4:2-yə çatdıraraq “İpsviç”in üstünlüyünü möhkəmləndirib.

Əlavə edilmiş altıncı dəqiqədə “Çarlton”un futbolçusu Tirell Tomas qollardan birinin əvəzini çıxıb. 90+9-cu dəqiqədə isə Corc Dobson hesabı bərabərləşdirib.

Birinci divizion səviyyəsinə görə İngiltərə çempionatının üçüncü liqası hesab olunur. “Çarlton” 23 xalla 9-cu, “İpsviç” isə 37 xalla 2-ci yerdə qərarlaşıb.

 Aut.az   

Exit mobile version