AUT.AZ

Ronaldo Portuqaliyada ən bahalı villanı tikdirdi

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo Portuqaliyada ev tikdirib.

Aut.az The Sun-a istinadən bildirir ki, bu, Portuqaliyada ən baha villa hesab olunur. Prestijli ərazidə yerləşən ev Portuqaliyanın paytaxtı Lissabondan avtomobillə 40 dəqiqəlik məsafədədir. Sahəsi 2720 kvadratmetr olan malikanə üç mərtəbədən ibarətdir. Ronaldo torpaq sahəsinin alınmasına və villanın tikintisinə 18 milyon avro xərcləyib.

Bu rəqəm  Kriştianonun yeni evini bütün Portuqaliyada ən bahalı mülkə çevirir. Villanın 2023-cü ilin əvvəlində istifadəyə hazır olacağı gözlənilir.

Lissabonun yaxınlığında belə bahalı iqamətgahın alınması Ronaldonun doğma klubu “Sportinq”ə keçməkdə maraqlı olduğuna işarə sayıla bilər.

Aut.az

 

Exit mobile version