AUT.AZ

Onun yığma üçün önəmi müzakirə mövzusu deyil

Belçika yığmasının baş məşqçisi Roberto Martines “Real”ın futbolçusu Eden Azar haqda danışıb.

Aut.az xəbər verir ki, Martines Azarın yığma komanda üçün hələ də önəmli fiqur olduğunu bildirib:

“Edenin karyerasını və təcrübəsini nəzərə alsaq, onun milli komanda üçün əhəmiyyəti müzakirə mövzusu ola bilməz. O, 2018-ci ildə əsas oyunçulardan biri idi ki, bu da mühüm təcrübədir.

Son iki il Eden üçün xüsusilə çətin oldu. Avropa çempionatında tam sağlam olmasa da, komandaya fayda verdi. Onun oyununun  yığma komandaya nəfəs, ruh verə biləcəyini unutmamalıyıq”.

Aut.az

Exit mobile version