AUT.AZ

Neymar onu dəstəklədi: “Davam et, heç nəyi dəyişmə”

Neymar “Mançester Yunayted”in futbolçusu Antonini dəstəkləyib. Aut.az xəbər verir ki, Antoni Avropa Liqasında “Şerif”lə keçirilən oyunda etdiyi fintə görə tənqid olunur. “Şerif”lə oyunun epizodlarından birində (3:0) “Mançester Yunayted”in cinah oyunçusu meydanın rəqibə aid hissəsində topu saxlayıb və iki dəfə 360 dərəcə dönüş edib. Braziliyalı əvvəllər də dəfələrlə bu finti edib.

Amma qarşılaşamadan sonra futbolçu tənqid hədəfi olub. Onu  bu hərəkətinə görə Pol Skoulz qınayıb. MY-in baş məşqçisi Erik Ten Haq isə “fint xatirinə fintdirsə, düzəlişlər edəcək” deyib.

Həmyerlisənə dəstək olan Neymar isə sosial şəbəkədə belə yazıb:

“Davam et, heç nəyi dəyişmə! Davam et, dostum, cəsarətli və xoşbəxt ol”.

Aut.az

Exit mobile version