AUT.AZ

İrqi ayrı-seçkilik davam edir

İngiltərə Futbol Assosiasiyası (FA) Futbol İdarəçiliyinin Müxtəliflik Kodeksinə uyğunluq üzrə illik hesabatı açıqlayıb. Aut.az “Sky Sports”a istinadən xəbər verir ki, hesabatdan bəlli olur ki, İngiltərə klubları qarşıya qoyulan bəzi hədəflərə nail ola bilməyiblər.

Bütün Premyer Liqa komandaları və İngiltərə Futbol Liqasının 32 klubu 2020-ci ildə yüksək səviyyəli rəhbərlik və məşqçilər korpusunda irqi bərabərsizliyə qarşı mübarizəni təşviq etmək üçün tətbiq edilən kodeksə qoşulub.

Bu müddət ərzində komandalar kodeksin səkkiz hədəfindən yeddisinə nail olsa da, yüksək vəzifəli qadın işçilərin sayında azalma müşahidə edilib, həm qaradərili, həm də Asiya görünüşlü.

Klub rəhbərliyində yüksək vəzifələrə işə götürülən namizədlərin yalnız 10,3%-i qaradərili, asiyalı və ya qarışıq olub ki, bu da hədəfdən – 15%-dən aşağıdır. Ancaq İngiltərə futbolunun üç idarəedici orqanı işə cəlb olunanların 38,5%-nin qadın olmasını təmin edib.

Klublarda isə durum 30%-lik hədəfdən xeyli aşağıdır – orta hesabla 17,2%.

Klublar tərəfindən işə götürülən məşqçilər üçün tələb olunan göstərici də aşağıdır. Kodeksə görə qaradərili, asiyalı və ya qarışıq əcdaddan olan məşqçilərin minimum sayı 25% olmalıdır, amma 15%-dir.

Aut.az

Exit mobile version