AUT.AZ

İbra karyerasını o vaxt bitirəcək ki…

“Milan”ın hücumçusu Zlatan İbrahimoviçin, ilin sonuna kimi zədəsini sağaltmayacağı təqdirdə karyerasını bitirəcəyi ilə bağlı məlumat yayılıb.

Aut.az xəbər verir ki, 41 yaşlı futbolçu bu xəbərə münasibət bildirib. O, CNN-ə verdiyi açıqlamada yanvarda karyerasını bitirmək haqda düşünmədiyini bildirib:

“Mənim böyük həvəsim var. Hər gündən həzz alıram, çünki düşünürəm ki, futbolu bitirəndə çox darıxacağam. Çalışıram ki, çox çalışan bu gənclərlə ayaqlaşım.

Sağlam qalmaq istəyirəm. Nə qədər ki, nəticə göstərə bilirəm, o vaxta qədər oynayacam. Effektli olmadığım gün ətrafımdakı insanların dürüst olmalarını və artıq əvvəlki İbra olmadığımı demələrini istəyirəm. Ondan sonra realist olacağam.

Bir hədəfim var: hər gün daha yaxşı olmaq. Məndə belə bir mentalitet var ki, öz üzərimdə kifayət qədər işləməsəm, özümü yaxşı hiss etmirəm. Bu mentalitet, sizi bədəninizə meydan oxuyacağınız səviyyəyə aparır. Çünki hər şey özünüzə meydan oxumaqdan ibarətdir. Nə qədər uzağa gedə bilərsiniz? Bədəninizi nə qədər uzağa apara bilərsiniz?”

Exit mobile version