AUT.AZ

Haqqın yolunu tapıblar, havayı əldə etmək istəyirlər

“Barselona” “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kanteni heyətinə qatmaq niyyətindədir.

Aut.az “L’Équipe”yə istinadən xəbər verir ki, kataloniyalılar 31 yaşlı yarımmüdafiəçini havayı əldə etməyi planlaşdırır. “Barselona”nın idman direktoru Mateu Alemani hesab edir ki, klub gələn yay azad agentlərə diqqət yetirməlidir.

“Barselona”nın maliyyə problemlərini nəzərə alsaq, bundan sonra Kataloniya klubuna gələnlər yeni maaş strukturuna uyğunlaşmalı olacaqlar.

Kante zədə səbəbindən dünya çempionatını buraxacaq. O, oktyabr ayında əməliyyat olunub və 4 ay yaşıl meydanlardan kənarda qalacaq. Yarımmüdafiəçi bu mövsüm Premyer Liqada iki dəfə meydana çıxıb və avqustun 14-dən bəri oynamır.

Kantenin “Çelsi” ilə müqaviləsi 2023-cü ilin yayına qədər qüvvədədir və tərəflər əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılığa gələ bilmir.

Aut.az

Exit mobile version