AUT.AZ

Həbibin sevimli futbolçusu – Foto

Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov sevimli futbolçusunun kim olduğu barədə məlumat verib. Aut.az xəbər verir ki, Həbib sosial şəbəkədə əfsanəvi braziliyalı hücumçu Ronaldonun şəklini yerləşdirib və “Yekədiş”in sevimli futbolçusu olduğunu bildirib.

Xatırladaq ki, Nurməhəmmədov 2020-ci ilin oktyabrında qalib gəldiyi döyüşdən sonra karyerasını bitirdiyini bildirib. O,  MMA-da 29 döyüşdə 29 qələbə, o cümlədən UFC-də 13 döyüşdə 13 qələbə qazanıb.

Ronaldo ikiqat dünya çempionu, Amerika kubokunun ikiqat qalibi, “Real”ın heyətində ikiqat İspaniya çempionu və “Qızıl top”un ikiqat qalibidir. O, karyerasını 2011-ci ildə bitirib.

Aut.az

Exit mobile version