AUT.AZ

Görüşüblər, daxili diaqnoz aydındır

“Barselona”nın baş məşqçisi Xavi “Valensiya” ilə oyundan öncə keçirilən mətbuat konfransında sualları cavablandırıb.

Aut.az “Marca”ya istinadən xəbər verir ki, Xavi ÇL-də mübarizəni dayandırdıqdan sonra klub prezidenti Joan Laporta ilə görüşdüyünü və bəzi məsələləri müzakirə etdiyini bildirib:

“Klub prezidenti ilə söhbətim olub? Bəli. Biz tez-tez ünsiyyət qururuq. Əslində biz bu yolu birlikdə gedirik. Başımıza gələnlər haqda danışdıq. Daxili diaqnoz aydındır.

Çempionlar Liqasında bizim nəzarətimizdən kənarda qalan şeylər oldu. Asılı olanlar isə nəzarətdən çıxdı və istədiyimiz nəticəni ala bilmədik.

Prezidentlə tez-tez görüşüb ünsiyyətdə oluruq. Mən ondan məmnunam. Bizim dostluğumuz və həmçinin Çempionlar Liqasında baş verənlərə baxmayaraq nə etdiyimizə inamımız var.

“Barselona” öz yolundan dönə bilməz. Kuboklardan birini qazanmaq imkanını itirmişik, amma başqa titullar uğrunda mübarizə aparmaq şansımız var”.

Aut.az

 

 

Exit mobile version