AUT.AZ

DÇ-dən sonra fərqli “Liverpul” görəcəyik, əgər…

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandasının durumu haqda danışıb.

Aut.az xəbər verir ki, alman mütəxəssis dünya çempionatından sonra “Liverpul”un əvvəlki gücünü bərpa edəcəyinə inandığını bildirib. O, zədəli futbolçuların həmin vaxta qədər sıraya qayıdacağını vurğulayıb:

“Dünya çempionatından sonra “Liverpul” fərqli olacaq – məşq edəcəyik, zədəlilər qayıdacaq. Amma hər şey futbolçuların dünya çempionatından hansı vəziyyətdə dönəcəyindən asılıdır.

Mundialdan hamı sağlam qayıtsalar… Əgər onlar yarışı erkən tərk etsələr, bir qədər istirahət edib və sonra üç həftə yarım bizimlə məşq etsələr, bu, sadəcə əla olacaq! Ancaq burada çoxlu “əgər”lər var. İndi məni dünya çempionatından sonra “Liverpul”un necə olacağı maraqlandırmır. Mən yalnız qarşıdakı oyunumuzla maraqlanıram”.

Aut.az

Exit mobile version