AUT.AZ

“Biz kimik ki, “o kluba gedə bilməzsən” deyək?” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yayda bir neçə futbolçularını əsas rəqiblərinə satmalarına münasibət bildirib.

Yayda Rahim Sterlinq “Çelsi”yə, Qabriel Jesusla Aleksandr Zinçenko isə hazırda Premyer Liqada lider olan “Arsenal”a keçib. Aut.az xəbər verir ki, Qvardiola məsələyə belə izah verib:

“Məncə, bizə sərf etdikləri əməyə görə o uşaqlar – Rəhim, Aleksandr, Qabriel seçim hüququna layiqdirlər. “Çelsi” və ya “Arsenal”a getməsəydilər, burada qalardılar. Onlar top klublarda oynamalıdırlar.

İstəyirik ki, onlarda “Mançester Siti” ilə bağlı ancaq xoş xatirələr olsun. Biz kimik ki, “o kluba gedə bilməzsən” deyək? İnanılmaz transferlər etdik, buna görə də hamı xoşbəxtdir. Onlar haqqında pis söz deyə bilmərəm.

Onların oyunu sayəsində hazırkı kluba çevrilmişik. Co Hart, David Silva, Vensent Kompani… Bu insanların sayəsində bu səviyyəyə yüksəlmişik. Futbolçulara istədikləri yerə getməyi qadağan etməyi sevmirəm”.

Aut.az

Exit mobile version