AUT.AZ

“Barsa”nın gəncləri ilə məşq edir ki…

PORTO ALEGRE, BRAZIL - JUNE 07: Dani Alves jokes during a training session at the Gremio team training centre on June 07, 2019 in Porto Alegre, Brazil. (Photo by Buda Mendes/Getty Images)

Braziliyalı müdafiəçi Dani Alveş “Barselona”nın gənclər komandası ilə məşqlərə başlayıb. Aut.az xəbər verir ki, Alveş Meksikanın “Pumas” klubunda çıxış edir. Amma hazırda Meksika çempionatı yekunlaşıb. 39 yaşlı Alveş isə gələn ay Qətərdə təşkil ediləcək dünya çempionatında Braziliya yığmasının heyətində yer alacağına ümid edir.

O, formadan düşməmək üçün sabiq klubu “Barselona”ya müraciət edib və müsbət cavab alıb. “Barsa” rəhbərliyi ona gənclərlə məşq etməyə şərait yaradıb.

Meksika liqasında mövsüm oktyabrın 1-də başa çatıb.

2021-ci ilin noyabrında “Barselona”ya qayıdıb bir mövsüm keçirən Alveş, 2008-2016-cı illərdə də Kataloniya təmsilçisinin formasını geyinib.

Aut.az

Exit mobile version