AUT.AZ

“Anri pis deyildi, amma mənim səviyyəmdə deyildi”

Kamerun yığmasının sabiq hücumçusu Samuel Eto’O Fransa yığmasından olan keçmiş həmkarı Tyerri Anrinin oyun səviyyəsi haqda danışıb.

Aut.az xəbər verir ki, Eto’O Anrini özü ilə müqayisə edib. O, fransızdan üstün olduğunu bildirib:

“Anri pis deyildi, amma mən futbolçuları ondan daha yaxşı tanıyırdım. Hər halda o, mənim səviyyəmdə deyildi. Ancaq fransızlar öz futbolçularını necə satmağın və onları bizim səviyyəmizə yüksəltməyin yolunu bilirdilər”.

Xatırladaq ki, onlar 2007-2009-cu illərdə “Barselona”da tərəfdaş olublar. Eto’O karyerası ərzində “Real”, “Barselona”, “Çelsi” kimi komandalarda oynayıb. Kamerunlu futbolçu karyerasını 2019-cu ildə başa vurub. Anri isə “Monako”, “Yuventus”, “Arsenal”da da çıxış edib. Onun peşəkar karyerası 2014-cü ildə başa çatıb.

Aut.az

Exit mobile version