AUT.AZ

“Amerikalıların və şeyxlərin oyuncaqlara ehtiyacı var”

LISBON, PORTUGAL - SEPTEMBER 05: Javier Tebas President of La Liga talks during Day 1 of Soccerex Europe Convention at Tagus Park on September 5, 2019 in Lisbon, Portugal. (Photo by Gualter Fatia/Getty Images)

La Liqanın rəhbəri Xavyer Tebas Çempionlar Liqasında mübarizəni dayandırmağın “Barselona”ya necə təsir edəcəyindən danışıb.

Aut.az xəbər verir ki, Tebas “Barsa”nın bəzi önləyici addımlar atdığını xatırladıb. O, ərəb şeyxlərinin və amerikalı milyarderlərin futbola təsirindən də danışıb:

“Barsa” rəhbərliyi bilirdi ki, maaş büdcəsi azaldılmalıdır. Bu mövsümdən əvvəl aktivlərini satdılar. Gələn mövsümdən əvvəl kimisə transfer etmək istəsələr, maaşları azaltmalı olacaqlar. “Barselona” bunu edəcək.

Söhbət daha çox Avropa futbolunda baş verənlərdən gedir. Bizim iqtisadi nəzarətimiz əsl sistemdir. Avropada nə baş verir? Çox bərabər iki liqa var – Bundesliqa və La Liqa. Onların oxşar dövriyyəsi var, klublarımız stabildir.

Başqa liqalara baxaq -fransız, italyan və ya ingilis. Onlar gəlirsizdir. Artıq dörd ildir ki, Premyer Liqa hər mövsüm iki milyard, Liqa 1 1,5 milyard, A Seriyası 1,2 milyard avrodan çox pul itirir. Onlar dövlətlər və ya böyük investorlar, xüsusən də amerikalılar tərəfindən maliyyələşdirilir. İtkilərə gedirlər. Supermilyonerləri olmayan biz isə onlara qarşı oynayırıq.

Amerikalıların və şeyxlərin oyuncaqlara ehtiyacı var. Bu da Avropa ekosistemini pozur. Biz qərar verməliyik – ya iqtisadi cəhətdən dayanıqlı liqalar yaradaq, ya da gəlirsiz klublara icazə verək. Ondan sonra Bəhreyn İspaniyaya gələcək və futbol həmişəlik dəyişəcək.

Xarici investorların meydana çıxmasının tərəfdarıyam, amma zərərlə işləyən klubların əleyhinəyəm. Həmçinin, mən İtaliyada olan vergi üstünlüklərinin əleyhinəyəm. Bu səbəbdən biz onlarla rəqabət apara bilmirik”.

 

Aut.az

Exit mobile version