AUT.AZ

60 milyon cərimə oluna bilərlər – Ronaldoya görə

“Yuventus” Kriştiano Ronaldo ilə bağlanan müqavilədə fırıldaqçılıq etdiyinə görə cərimələnə bilər. Aut.az “La Repubblica”ya istinadən xəbər verir ki, “Yuventus” portuqaliyalı hücumçuya 19,9 milyon avro ödəyib ki, bu məbləğ də sənədlərdə əksini tapmayıb.

İstintaq zamanı Turin prokurorluğu müəyyən edib ki, “Yuventus” Ronaldoya bu məbləği ödəmək üçün şəxsi razılıq əldə edib və rəsmi olaraq bütün futbolçuların koronavirus pandemiyası səbəbindən maaşlarının azaldığını bildirib. Beləliklə, 19,9 milyon avroluq ödəniş “Yuventus”un maliyyə hesabatına daxil edilməyib.

Bu maxinasiyaya görə İtaliya klubu 20 milyon avrodan 60 milyon avroya qədər cərimələnə bilər.

Aut.az

Exit mobile version