AUT.AZ

“Əminəm ki, Avropa Liqasında uğur qazanacaq”

“Bavariya”nın baş məşqçisi Yulian Naqelsmann “Barselona”nın Avropa Liqasına yollanması ilə bağlı fikirlərini bildirib.

Aut.az xəbər verir ki, alman mütəxəssis Kataloniya təmsilçisinin turnirdə yaxşı çıxış edəcəyini deyib:

“Barselona” əla gələcəyi olan bir komandadır. Möhtəşəmdirlər. Zamanla hər şey düzələcək. Əminəm ki, “Barselona” Avropa Liqasında uğur qazanacaq”.

“Barselona” Çempionlar Liqasında C qrupunda “İnter”, “Bavariya” və “Viktoriya” ilə mübarizə aparır. İspaniya klubunun sona bir tur qalmış qrupda qaldığı və yoluna Avropa Liqasında davam edəcəyi dəqiqləşib.

Exit mobile version