AUT.AZ

Yaxşı siqnal alıblar, bu varianta arxalanacaqlar

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Avropa Liqasında “Şerif”ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

Aut.az xəbər verir ki, mütəxəssis Markus Reşford və Kriştiano Ronaldonun bir yerdə çıxış etməsinə də münasibət bildirib. O, UEFA-nın saytına verdiyi açıqlamada hücumçularını tərifləyib:

“İkinci hissədə Ronaldo ilə Reşfordu bir araya gətirdik. Yaxşı ki, hər ikisi qol vurdu. Bu, yaxşı siqnaldır. Biz bu varianta arxalana bilərik”.

Aut.az

Exit mobile version