AUT.AZ

Gürcü ilə zarafat etdilər, o da…

Məşhur futbol platforması “433” “Napoli”nin gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın fotosunu dərc edib və onun uzun soyadı ilə zarafatlaşıb.

Aut.az xəbər verir ki, portal gürcü yarımmüdafiəçinin adını mürəkkəb “Wi-Fi” parolu ilə müqayisə edib:

“Wi-Fi” parolu aparatın arxasında yerləşir. Routerin arxa tərəfi…”

Kvaratsxeliya özü paylaşımın altına gülüş emoji qoyub.

Xviça bu mövsüm 15 oyun keçirib, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

Gürcü futbolçu əvvəllər Azərbaycan millisində forma geyinmiş Badri Kvaratsxeliyanın oğludur.

Exit mobile version