AUT.AZ

“Real”ın əfsanəsi almanların təklifinə “yox” deyib   

Almaniyanın “Şalke” klubu “Real”ın əfsanəvi futbolçusu Raulu baş məşqçi postuna dəvət edib.

Aut.az xəbər verir ki, “Şalke” rəhbərliyi Frank Krameranı istefaya göndərdikdən sonra Raulla təmasa keçib.. Amma hazırda “Kastiliya”nı çalışdıran mütəxəssis onlara “yox” cavabı verib.

O, “Kastiliya”da çalışmaqdan məmnun olduğunu bildirib. Böyük ehtimalla, Raul “Real”ın əsas komandasında işləmək niyyətindədir. O, bu iddiasını bir neçə dəfə açıq şəkildə bildirib. Ona görə də almanların təklifini rədd edib, “Kastiliya”da “Real”a keçəcəyi günü gözləməyə üstünlük verib.

Rauldan “yox” cavabı alan “Şalke” Tomas Raysla anlaşıb.

Aut.az

Exit mobile version