Aut.Az xəbər verir ki, ümumilikdə 8 qrupda 16 qarşılaşma baş tutub.
Azərbaycan təmsilçisi “Qarabağ” Fransada “Nant”la qarşılaşıb. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. “Qarabağ”ın mübarizəni harada – Konfrans, yoxsa Avropa Liqasının pley-offunda aparacağı son turda bəlli olacaq.
Türkiyə təmsilçilərindən “Fənərbaxça” İstanbulda “Renn”i qəbul edib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. B qrupunun digər qarşılaşmasında AEK (Larnaka) Kiprdə Kiyev “Dinamo”su ilə üz-üzə gəlib. Maraqlıdır ki, bu oyunda da tərəflər 3 qol vurduğu halda 1 xalla kifayətləniblər.
Qonşu ölkənin digər komandası “Trabzonspor” Serbiyada “Srvena Zvezda”nın qonağı olub və məğlubiyyətlə üzləşib. H qrupunun digər matçında – “Ferentsvaroş”la “Monako”nun görüşündə isə qalib müəyyənləşməyib.
5 turdan sonra Türkiyənin “Fənərbaxça”, İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, Fransanın “Renn”, Almaniyanın “Frayburq”, İspaniyanın “Betis” və “Real Sosyedad”, Niderlandın PSV, Macarıstanın “Ferentsvaroş” və Belçikanın “Yunion” klubları qrupdan çıxmağı təmin ediblər.
Avropa Liqası, qrup mərhələsi, 5-ci tur
27 oktyabr
A qrupu
PSV (Niderland) – Arsenal (İngiltərə) 2:0
Qol: Verman, 56. De Yonq, 63.
Sürix (İsveçrə) – Bodo Qlimt (Norveç) 2:1
Qol: Boraniyaşeviç, 67. Markezano, 90+4 – Pelleqrino, 45+1.
Xal: Arsenal – 12. PSV – 10. Bodo Qlimt – 4. Sürix – 3.
B qrupu
AEK (Larnaka, Kipr) – Dinamo (Kiyev, Ukrayna) 3:3
Qol: Altman, 26; 72. R.Lopes, 53 – Vanat, 45+1. Qarmaş, 82; 90+2.
Fənərbaxça (Türkiyə) – Renn (Fransa) 3:3
Qol: Valensiya, 42. Zayç, 82. E.Mor, 88 – Quiri, 5; 30. Terrye, 16.
Xal: Fənərbaxça – 11. Renn – 11. AEK – 4. Dinamo – 1.
C qrupu
Ludoqorets (Bolqarıstan) – Betis (İspaniya) 0:1
Qol: N.Fekir, 56.
HJK (Finlandiya) – Roma (İtaliya) 1:2
Qol: Hetemay, 54 – Abraham, 41. Hoskonen, 62-öz qapısına.
Xal: Betis – 13. Ludoqorets – 7. Roma – 7. HJK – 1.
D qrupu
Malmö (İsveç) – Yunion (Belçika) 0:2
Qol: Teuma, 10. Amani, 42.
Union Berlin (Almaniya) – Braqa (Portuqaliya) 1:0
Qol: Knoxe, 68-pen.
Xal: Yunion – 13. Union Berlin – 9. Braqa – 7. Malmö – 0.
E qrupu
Mançester Yunayted (İngiltərə) – Şerif (Moldova) 3:0
Qol: Dalot, 44. Reşford, 65. Ronaldo, 81.
Omoniya (Kipr) – Real Sosyedad (İspaniya) 0:2
Qol: Navarro, 45+2. Karrikaburu, 60.
Xal: Real Sosyedad – 15. Mançester Yunayted – 12. Şerif – 3. Omoniya – 0.
F qrupu
Latsio (İtaliya) – Midtyulland (Danimarka) 2:1
Qol: Milinkoviç-Saviç, 36. Pedro, 58 – İsaksen, 8.
Şturm (Avstriya) – Feyenoord (Niderland) 1:0
Qol: Kiteişvili, 90+3.
Xal: Latsio – 8. Şturm – 8. Feyenoord – 5. Midtyulland – 5.
G qrupu
Frayburq (Almaniya) – Olimpiakos (Yunanıstan) 1:1
Qol: Kubler, 90+3 – El Arabi, 17.
Nant (Fransa) – Qarabağ (Azərbaycan) 2:1
Qol: Blas, 17. Qanaqo, 90+5 – Ozobiç, 56-pen.
Xal: Frayburq – 13. Qarabağ – 7. Nant – 6. Olimpiakos – 2.
H qrupu
Ferentsvaroş (Macarıstan) – Monako (Fransa) 1:1
Qol: Zakariassen, 82 – Ben Yedder, 31.
Srvena Zvezda (Serbiya) – Trabzonspor (Türkiyə) 2:1
Qol: Katai, 37. Peşiç, 64 – Bakasetas, 39.
Xal: Ferentsvaroş – 10. Monako – 7. Trabzonspor – 6. Srvena Zvezda – 6.