AUT.AZ

Ötən ilin yayında müqavilə bağlayıblar, hələ də elan etmirlər

“Real” Vinisius Juniorla müqaviləni uzadıb. Aut.az xəbər verir ki, 22 yaşlı hücumameyilli yarımmüdafiəçinin yeni müqaviləsi 2027-ci ilə kimi nəzərdə tutulub. As-ın iddiasına görə, tərəflər hələ ötən ilin yayında razılaşıb və müqavilə imzalayıblar.

Amma klub bu haqda məlumat verməyib. İki variant üzərində müzakirə aparılıb: Ya təkcə Vinisiusun müqavilə bağladığı elan olunsun, ya da birdən-birə 3 futbolçu – Vinisius, Rodriqo və Militao ilə müqavilələrin uzadıldığı barədə məlumat verilsin.

Lakin “Real”  hələ də rəsmi mənbələrində Vinisiusla müqavilənin uzadılması barədə açıqlama verməyib.

“Kral klubu” yarımmüdafiəçini 2018-ci ildə 45 milyon avroya alıb. Onun əvvəlki müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulmuşdu. Braziliyalı komandanın ən az maaş alan oyunçularından biri idi. Yeni müqavilədən sonra onun məvacibi də kifayət qədər artırılıb.

Aut.az

Exit mobile version