AUT.AZ

Onu dünya çempionatına aparmayacaq

Futbol üzrə İspaniya millisinin baş məşqçisi Luis Enrike Qətərdə keçiriləcək dünya çempionatında iştirak etmək üçün 55 futbolçudan ibarət genişləndirilmiş siyahını ölkə futbol federasiyasına göndərib.

Aut.az xəbər verir ki, bu barədə məlumatı AS nəşri yayıb. Siyahı tam açıqlanmasa da, ancaq bəlli olub ki, “Mançester Yunayted”in qapıçısı David De Heya geniş heyətdə yoxdur.

Enrikə hər mövqeyə 5 futbolçu dəvət edib. Onun dəvət göndərdiyi qapıçılar bunlardır: Unay Simon (“Atletik” Bilbao), Devid Raya (“Brentford”), Robert Sançes (“Brayton”), Kepa Arrisabalaqa (“Çelsi”) və David Soria (“Xetafe”). İlk “üçlük” əsas namizədlər hesab edilir.

Qeyd edək ki, yekun siyahıda 26 futbolçunun adı olacaq.

Aut.az

Exit mobile version