AUT.AZ

Olimpiadaya namizədliyini irəli sürdü

Meksika 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

Aut.Az xəbər verir ki, ölkənin xarici işlər naziri Marselo Ebrard bu müraciətin uğurlu olacağına əminliyini bildirib.

 

Onun sözlərinə görə, noyabrın 30-da Meksikanın Oyunlara ev sahibliyi etmək iddiasını təşviq etmək üçün komitənin yaradılması elan ediləcək.

Qeyd edək ki, Meksika 1968-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edib. Həmin Oyunlarda 112 ölkə və 5516 idmançı yarışıb. Bu, 1886-cı ildə Afinada keçirilən müasir Oyunların başlanmasından sonra 100-dən çox xalqın nümayəndələrini bir araya gətirən ilk yarış olub.

Exit mobile version