AUT.AZ

“O, Mbappedən geri qalmır, xeyli pul ödəməlisiniz ki…”

“Şaxtyor”un futbol üzrə direktorunun köməkçisi Karlo Nikolini top-klubların Mixail Mudriklə maraqlanmasına münasibət bildirib. Ukraynalı yarımmüdafiəçiyə “Real” və “Yuventus”un maraq göstərdiyi bildirilir. Aut.az xəbər verir ki, Nikolini İtaliya mətbuatına verdiyi açıqlamada Mudriki Mbappe ilə müqayisə edib:

“İndi bütün diqqətlər futbolçumuza yönəlib. İngiltərədən bir çox təklif var. Bir təklif də İspaniyadan almışıq. Fransa variantı da var. Ancaq onu almaq üçün xeyli pul ödəməli olacaqlar. Mudrik Mbappe və Vinisiusdan geri qalmır, öz mövqeyində dünyanın ən yaxşı oyunçularından biridir”.

Xatırladaq ki, 21 yaşlı yarımmüdafiəçi Donetsk “Şaxtyor”unun yetirməsidir. O, əsas komanda 2018-ci ilin oktyabrında debüt edib. Mudrik “şaxtaçılar”ın heyətində 37 oyun keçirib, 8 qol vurub və 16 məhsuldar ötürmə verib. Yarımmüdafiəçinin bazar dəyəri 15 milyon avro qiymətləndirilir.

Aut.az

Exit mobile version