AUT.AZ

Marinanı şantaj edən agent saxlanıldı və…

Futbol agenti Saif Rubi “Çelsi”nin keçmiş idman direktoru Marina Qranovskayanı hədələməkdə ittiham olunur.

Aut.az xəbər verir ki, agentin şantaj ittihamı ilə saxlanıldığı, lakin işin daha az ağır cinayətə tövsif edildiyi və onun zaminə buraxıldığı qeyd edilir. Noyabrın 23-də o, Vestminster Məhkəməsində çıxış etməlidir.

Daha əvvəl mətbuatda məlumat yayılmışdı ki, Rubi Qranovskayaya hədə-qorxu gələn məktublar göndərib və ondan müştərilərindən birinin transferi üçün məbləği ödəməyi tələb edib:

“Davranış tərzinizin əvəzini sizə ödəyəcəyəm. Bu təhdid deyil… vəddir. Əgər “Çelsi” ödəmirsə, bu sənin günahındır… görüşənədək”.

 

Aut.az

Exit mobile version