AUT.AZ

Hələ də ona borcludurlar

“Barselona” hələ də keçmiş baş məşqçisi Kike Setenə borcludur. Aut.az xəbər verir ki, bu barədə hazırda “Vilyarreal”da çalışan mütəxəssis özü məlumat verib:

“İqtisadi problemlər bu məsələyə ciddi təsir edib. Bunu ona görə deyirəm ki, mənə olan borc hələ də ödənilməyib. Artıq kluba demişəm ki, onlara nə qədər vaxt lazımdırsa, verməyə hazıram. Bu, normal yanaşmadır”.

Keçən ilin dekabrında məlumat yayılmışdı ki, “Barsa” ilə Seten təzminat məsələsində razılığa gəliblər. Məşqçinin 4 milyon avro alacağı bildirilirdi. “Barselona” Seteni 17 avqust 2020-ci ildə istefaya göndərib.

Aut.az

Exit mobile version