AUT.AZ

“Gördüm ki, bir nəfər düz qarşımda ölüb” – Bıçaqlanan futbolçu

Müqavilə ilə “Arsenal”a məxsus olan, icarə əsasında  “Monza”da çıxış edən Pablo Marinin bıçaqlandığı haqda məlumat vermişdik.

Aut.az xəbər verir ki, xəstəxanaya yerləşdirilən futbolçu mətbuata açıqlama verib. O, “La Gazzetta dello Sport”a hadisəni belə şərh edib:

“İçində uşağım olan araba ilə idim. Birdən belimdə dözülməz ağrı hiss etdim. Daha sonra həmin şəxs bıçaqla başqa bir kişinin boğazına zərbə endirdi. Bəxtim gətirdi, gördüm ki, bir nəfər düz qarşımda ölüb”

“Monza”nın prezidenti Adriano Qalliani də futbolçunun sağlıq durumu haqda danışıb:

“Marinin kürəyində kifayət qədər dərin yara var, amma xoşbəxtlikdən onun ağciyərləri kimi həyati vacib orqanları zədələnməyib. Heç bir şey onun həyatına təhlükə yaratmır. Bəzi zədələri var, amma çox da ciddi deyil. O, özündə güc taparaq zarafatla dedi ki, bazar ertəsi meydana daxil ola bilər”.

Qeyd edək ki, Milan yaxınlığındakı ticarət mərkəzində psixi problemləri olan bir nəfər insanlara hücum edərək bıçaqla xəsarət yetirib.

Aut.az

Exit mobile version