AUT.AZ

Dünya çempionu bu ölkə olacaq – Superkompüterin versiyası

Dünya çempionatı yaxınlaşdıqca, hər kəsi bir sual daha çox maraqlandırır: Çempion kim olacaq? Bu sual ətrafında da geniş müzakirə aparılır. Müxtəlif proqnozlar verilir. Qətərdə keçiriləcək dünya çempionatı da istisna deyil.

Aut.az xəbər verir ki, “DÇ-2022-in çempionu kim olacaq?” sualı ilə bağlı ilk proqnozu superkompüter verib. “BCA Research” şirkətinin apardığı araşdırma nəticəsində bəlli olur ki, dünya çempionu Argentina yığması olacaq. Messi və komanda yoldaşları finalda Portuqaliyaya penalti seriyasında qalib gələcəklər.

Superkompüter 2006, 2010, 2014 və 2018-ci illərdə keçirilən dünya çempionatlarının 192 qrup, 64 pley-off mərhələsinin qarşılaşmalarını araşdırdıqdan sonra bu nəticəyə gəlib.

Aut.az  

Exit mobile version