Bəzi mərhələlər ləğv ediləcək, qar baha başa gəlir
Natiq Muxtarlı
Biatlon üzrə Dünya Kubokunun 2022/23 mövsümünün bəzi mərhələləri ləğv edilə bilər. Aut.az xəbər verir ki, bu barədə Almaniya milli komandasının məşqçisi Peter Şlikenrider məlumat verib. O, səbəb kimi enerji böhranını göstərib:
“Enerji böhranı və elektrik enerjisinin qiymətləri təşkilatçılara mane olur. Süni qar yaratmaq çox baha başa gəlir. Qar da bizim üçün çox vacibdir.
Bir sıra yerlərdə təşkilatçılar süni qar yaratmaq niyyətində deyillər. Ona görə də, Dünya Kubokunun bəzi mərhələləri ləğv ediləcək”.